"Samsung" 4 dəfə qatlanan telefon üzərində işləyir

"Samsung" 4 dəfə qatlanan telefon üzərində işləyir

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" şirkəti qatlanan telefon bazarında yeni bir dəyişikliyə hazırlaşır. Şirkət dörd dəfə qatlana bilən yeni ekran layihəsini təqdim edib və buna patent alıb.

 

Sfera.az xəbər verir ki, bu ilin əvvəlində üç dəfə qatlanan telefon üzərində işlədiyini təsdiqləyən "Samsung", indi isə daha iddialı bir layihəyə imza atmaq niyyətindədir.

 

Yeni patent, planşet, noutbuk və smartfon arasında keçid edə bilən çoxfunksiyalı cihazın hazırlanmasına imkan verəcək.


Mütəxəssislərin fikrincə, bu cür texnologiya mobil cihazlarda həm məhsuldarlıq, həm də əyləncə sahəsində əhəmiyyətli dəyişikliklər yarada bilər. Dörd qatlanan ekran sayəsində istifadəçilər eyni anda bir neçə tətbiqi idarə edərək çoxlu vəzifə yerinə yetirmə imkanına malik olacaqlar.


Hazırda "Samsung", "Galaxy Z" Fold və Z Flip seriyaları ilə qatlanan telefon bazarında liderliyini qoruyur. Yeni patent isə şirkətin bu sahədəki innovativ yanaşmalarını davam etdirdiyini göstərir.


Bununla belə, mütəxəssislər qeyd edir ki, patentlər həmişə real məhsula çevrilmir. Lakin "Samsung"un bu ideyanı araşdırması mobil texnologiyanın gələcəyinə dair mühüm ipucları verir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...