“Yüksək kredit faizləri əhalinin xərclərini artırır” - Ekspert

“Yüksək kredit faizləri əhalinin xərclərini artırır” - Ekspert

Azərbaycan əhalisinin banklara olan kredit borcu artır. Kredit borcunun artması kreditlər üzrə faiz dərəcəsinin azaldılması məsələsini aktuallaşdırır. 

 

Sfera.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli kredit faizlərinin azaldılmasının vacib olduğunu bildirib.  

 

Ekspert qeyd edib ki, 2024-cü ilin oktyabr ayının 1-də bankların kredit portfeli 27 milyard manat olub. “Bu məbləğın 13,5 milyard manata yaxını istehlak-ipoteka kreditləridir”, - deyən N.Cəfərli son bir ildə əhalinin banklara borcunun 10%-dən çox artdığını vurğulayıb: “Son məlumata əsasən, istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi müxtəlifdir və hər istiqamət üzrə faizlər yüksəkdir. Kredit kartı vasitəsilə verilən kreditlər orta hesabla 24 %-lə, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 25%-lə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 16%-lə, avtomobil kreditləri 12%-lə və digər istehlak kreditləri isə 20%-lə ayrılır”. 

 

N.Cəfərli hesab edir ki, belə yüksək faiz dərəcələri vətəndaş üçün əlavə yükdür, dolayı vergiləndirmədir: “Məsələn, 100 manat olan məişət avadanlığını kreditlə satanda qiyməti 125 manata başa gəlir. Kredit faizlərinin yüksək olması əhalinin xərclərini bir qədər də artırır.Əhəli sürətlə borclanır və bunu kefindən etmir, qazancları aşağı düşdükcə, kreditə ehtiyaclar da artır. Heç də təsadüfi deyil ki, son 1 ildə vaxtı keçmiş, problemli istehlak kreditləri 26,6% artıb, bu da dolayısı ilə vətəndaşın gəlirlərinin azalmasına işarədir”. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...