Vergi amnistiyası qəbul edildi

Vergi amnistiyası qəbul edildi

Azərbaycanda vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinəcək.
Sfera.az Report-a istinadən xəbər verir ki, vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq olunub.
Vergi ödəyicilərinin vergilərinin Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər və maliyyə sanksiyları üzrə 2017-ci il yanvarın 1-nə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək.
Digər maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək;
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 50%-i silinəcək;
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə - maliyyə sanksiylarının ödənilməmiş 30%-i silinəcək.
Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...