Elektrik stansiyaları özəlləşdirilə bilər

Elektrik stansiyaları özəlləşdirilə bilər
 
Yaxın illərdə "Azərenerji” ASC, Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. 
Sfera.az "Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. 
Sənədə əsasən, özəlləşdirməyə üstünlük verildiyi təqdirdə, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılaraq, strateji baxımdan özəlləşdirmə predmeti olmayan mühüm aktivlər müəyyən ediləcək: 
"Azərenerji” ekspertlər cəlb etməklə və standart göstəricilərin müqayisəsini aparmaqla, texniki-iqtisadi əsaslandırmalara və təhlillərə əsasən, səmərəliliyinin artırılması zəruri olan elektrik stansiyalarını, habelə bu stansiyalarda səmərəliliyin yaxşılaşdırılması üzrə münasib mexanizmləri müəyyənləşdirəcək.
Eyni zamanda, Cəmiyyət səmərəliliyi yüksək olan yeni stansiyalarla təchizatın təhlükəsizliyini təmin etməklə yanaşı, ən səmərəsiz işləyən stansiyaların istismarının dayandırılmasını nəzərdən keçirəcək. 
Səmərəliliyin artırılması ilə bağlı yerinə yetiriləcək işlərin ölkənin elektrik enerjisi istehsalına göstərə biləcəyi mənfi təsirləri minimuma endirmək məqsədilə elektrik stansiyalarının istismara başlanma vaxtının mərhələli qrafikinə uyğun olaraq, təkmilləşdirmə işləri üçün ən münasib vaxt müddətləri təyin ediləcək”.
Sənəddə həmçinin bildirilir ki, "Azərenerji” və Energetika Nazirliyi təchizatçı və ya investor seçmək üçün şəffaf meyarlar əsasında modernləşdirməyə dair tender elan edəcəklər: "Onlar, həmçinin, müvafiq əsas icra göstəricilərini müəyyən edib idarəetmənin monitorinqini aparacaqlar (özəl sektor iştirakçıları üçün icraəsaslı tənzimləmənin həyata keçirilməsi). 
Daha sonra tender əsasında seçilmiş təchizatçı və ya özəl tərəfdaşla birgə modernləşdirmə işlərinə başlayacaq və işlərin gedişinə nəzarət etmək üçün işin icrasının idarə edilməsi mexanizmlərindən istifadə edəcəklər”.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...