Əhalidə uzunmüddətli əmanətlərə maraq ARTIB - SƏBƏB

Əhalidə uzunmüddətli əmanətlərə maraq ARTIB - SƏBƏB

Azərbaycan banklarına uzun müddətə qoyulan əmanətlərin həcmində sürətli artım baş verir.

 

Sfera.az xəbər verir ki, 2023-cü ilin sentyabrın 1-də banklarda olan uzunmüddətli əmanətlərin həcmi 2,65 milyard manat olduğu halda, 2024-cü ilin sentyabrın 1-də onların həcmi 3,73 milyard manata çatıb.

 

Son bir ildə uzunmüddətli əmanətlərin həcmi 1,08 milyard manata yaxın artıb. Ümumi əmanətlərin həcmindəki artımın böyük hissəsi məhz uzunmüddətli əmanətlərdəki artım hesabına təmin edilib.

 

Son bir ildə əmanətlərin həcmi 1,6 milyard manat artıb ki, bunun da 68 faizə yaxını uzunmüddətli əmanətlər hesabına təmin olunub.

 

Uzunmüddətli əmanətlərin artmasının səbəbi Mərkəzi Bankın təklifi ilə manatla uzun müddətə qoyulan əmanət faizlərindən vergi alınmasının dayandırılması və bankların uzun müddətə qoyulan əmanətlərə daha yüksək faiz təklif etməsidir. Hər iki səbəblə əlaqədar banklara manatla qoyulan uzunmüddətli əmanətlərin həcmi sürətlə artır.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...