Neftin qiyməti bir qədər də enəcək - Bədbin proqnoz

Neftin qiyməti bir qədər də enəcək - Bədbin proqnoz

Əmtəə treyderləri olan “Trafigura Group” və “Gunvor Group Ltd” şirkətləri neftin qiymətinin bir qədər də enəcəyinə dair proqnoz veriblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkətlərin proqnozuna əsasən, Çində tələbin zəifləməsi və təklif çoxluğu qiymətləri azaldan əsas səbəblərdir.

 

“Trafigura”nın neft bölməsinin rəhbəri Ben Lakok Asiya Sakit Okean Neft Konfransındakı çıxışında “Brent” markalı neftin dəyərinin yaxın gələcəkdə 60 dollara düşəcəyini deyib: "Neft bazarındakı vəziyyət qiymətlərin daha çox düşəcəyinə dair gözləntiləri gücləndirir”.

 

“Gunvor Group Ltd”nin prezidenti də neftin ucuzlaşması üçün əsasların yarandığını vurğulayıb: “Bu gün biz istehlak etdiyimizdən qat-qat çox neft hasil edirik və bu tarazlığın yaxın illərdə daha da pisləşəcəyi ehtimalı var”.

 

Xatırladaq ki, ötən həftənin sonunda “Brent” neftinin qiyməti 70 dollara qədər enib. Bu gün qiymət bir qədər yüksəlsə də hələ də “Brent” nefti çox aşağı qiymətə satılır. Son bir ildə bu marka neftin qiyməti 20 faizdən çox dəyər itirib.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...