Əhalinin banklardakı pulu 14 milyard manatı ötdü
İqtisadiyyat
13:37 / 15.08.2024
1837
2024-cü ilin iyulun 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında fiziki şəxslərə məxsus olan əmanətlərin həcmi 14 milyard manatı ötüb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 11,2 faiz artaraq 14 milyard 181 milyon manata çatıb.
Bir ay əvvəl əmanətlərin həcmi 13,68 milyard manata yaxın idi.
Əmanətlərin 66,1 faizi manatla, 33,9 faizi xarici valyutada qoyulub.
Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,9 faiz artıb.
Vasif