Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq İSTƏYİR

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq İSTƏYİR

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.

 

Sfera.az-ın report-a istinadən verdiyi məlumata görə, bunu energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin I iclasında çıxışı zamanı bildirib.

 

Qazaxıstanla energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən danışan nazir müavini ötən ilin mart ayından etibarən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin bərpa olunduğunu diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin həcmini artırmağa imkan verir.

 

“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə “Azərbaycan və Qazaxıstan hökumətləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş” layihəsi hazırlanıb. Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək”, - O.Zeynalov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...