"Xalq Bank"ın mənfəəti və kapitalı azalıb - SƏBƏB

"Xalq Bank"ın mənfəəti və kapitalı azalıb - SƏBƏB

Azərbaycanın ən böyük dörd bankından biri olan "Xalq Bank"ın mənfəət və məcmu kapitalının həcmində azalma qeydə alınıb.

 

Sfera.az bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin ikinci rübündə bankın mənfəəti və məcmu kapitalı 2023-cü ilin ikinci rübü ilə müqayisədə azalıb. Məcmu kapıtalın həcmi 485,7 milyon manatdan 479 milyon manata düşüb. Kapitaldakı azalmaya səbəb bankın bəzi mənbələr üzrə öhdəliklərinin həcminin kəskin azalmasıdır.

 

Bəzi mənbələr üzrə banka borc verən tərəflər öz vəsaitlərinin bir hissəsini geri götürdüyündən, bank öhdəliklərini icra etmək üçün kapitalından istifadə etməli olub. Öhdəliklərdə daha çox azalma “Loro” hesablarda (digər bankların tələbləri) və bankların depozitlərində müşahidə edilib.

 

"Xalq Bank"ın “Loro” hesablar üzrə 2023-cü ilin ikinci rübündə 67,4 milyon manat borcu var idi. Bu borcun məbləği 2024-cü ilin ikinci rübündə 6,4 milyon manata geriləyib.

 

Digər bankların "Xalq Bank"da olan depozitlərində də ciddi azalma var. Əvvəlki ilin ikinci rübündə 60,1 milyon olan bankların depozitlərinin həcmi bu ilin eyni tarixində 12 milyon manata düşüb. Adı çəkilən iki mənbə üzrə borcların böyük məbləğdə geri götürülməsi bankın məcmu kapitalını azaldıb.

 

"Xalq Bank" 2024-cü ilin ikinci rübündə də yüksək mənfəət əldə etsə də xalis gəlirin məbləği ötən ilin eyni dövrünə nisbətən azalıb. 2023-cü ilin ikinci rübündə 37,9 milyon manat olan xalis mənfəətin məbləği bu il 34 milyon manata geriləyib.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR