Azərbaycanın valyuta ehtiyatları rekord həddə ÇATDI – SON RƏQƏM 

Azərbaycanın valyuta ehtiyatları rekord həddə ÇATDI – SON RƏQƏM 

Azərbaycan dövlətinin strateji valyuta ehtiyatlarının həcmi ilk dəfə olaraq 70 milyard dollara çatıb.

 

Sfera.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin iyunun 1-də ehtiyatların həcmi 69,7 milyard dollar olub. İlin əvvəlindən bəri ehtiyatlarda 1,3 milyard dollar, yəni 1,8 faiz artım qeydə alınıb.

 

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun və Mərkəzi Bankın xarici valyutada olan vəsaitlərindən ibarətdir. Birinci rübün sonunda Neft Fondunun 57,37 milyard dollar, Mərkəzi Bankın 11,65 milyard dollar vəsaiti var idi. Son iki ayda adıçəkilən iki dövlət qurumunun ehtiyatlarında daha 0,7 milyard dollara yaxın artım qeydə alınıb.

 

Onu da bildirək ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin ÜDM-yə nisbəti 100 faizə yaxınlaşır. Proqnoza əsasən, bu ilin sonunda ÜDM-nin nominal dəyəri 70-71 milyard dollar həcmində olacaq. İlin sonuna qədər strateji ehtiyatların bu səviyyəyə çatması, hətta bir qədər keçməsi realdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...