ABB-nin səhmlərinə abunə yazılışı başlandı!

ABB-nin səhmlərinə abunə yazılışı başlandı!

11 iyun 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib. “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən tədbir üçün simvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bank binası kimi tikilmiş, fasadında “Банкъ” sözü olan, 90-cı illərin əvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialının fəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub.

 

Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi də iştirak edib.

 

Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.

 

Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki “İnvestisiya” bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar.

 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq”.

 

ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.

 

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...