Ruslar kredit kartlarından imtina edirlər - MARAQLI SƏBƏB

Ruslar kredit kartlarından imtina edirlər - MARAQLI SƏBƏB

Rusiya əhalisi kredit kartlarından istifadəni azaldır. 


Sfera.az "Kommersant"a istinadən xəbər verir ki, aprelin 1-də müştərilərin əlində olan kredit kartlarının sayı 91 milyondan az olub. Yalnız martda kredit kartlarının sayı 2 milyon ədəd azalıb. 


Nəşr yazır ki, bu, son bir neçə ildə rekord sayda azalmadır.


Əhali kredit kartlarından imtina etdiyindən banklar kartlarda olan borc limitini 10 faiz artıraraq 105 min rubla (1950 manat) çatdırıblar. 


Rusiyalı ekspertlərin şərhinə görə, ölkədə kredit kartlarının sayının azalmasına bankların tələblərinin sərtləşməsi də təsir göstərib. Banklar artıq hər müştəriyə deyil, kredit tarixçəsi yaxşı olan müştərilərə borc verirlər. 


Bununla bərabər Rusiya iqtisadiyyatıda risklərin artması, iş yerlərinin bağlanma riskinin yüksək olması kredit kartlarına tələbi zəiflədir.


Vasif


OXŞAR XƏBƏRLƏR