Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ - FOTO
12:11 / 15.05.2024
3077
Azərbaycanda daha bir tələbə vəfat edib.
Bu barədə Sfera.az-a ADPU-nun Cəlilabad filialından məlumat verilib.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Könül Ramin qızı Ağayeva dünyasını dəyişib.
Tələbənin ölüm səbəbi açıqlanmayıb.
Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum tələbənin ailəsinə başsağlığı verilib.
Günay