Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqladı

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqladı

Rabitəbank 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub. Belə ki, yanvar-mart ayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıraraq 1 milyard 80 milyon manata çatdırıb.

 

Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13% artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14% artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6% artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35% artaraq 141 milyon 773 min manat olub.

 

2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın faiz gəlirləri 31% artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29% artataq 13 milyon 667 min manat təşkil edib.

 

2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24% artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39% artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2% artaraq 228 milyon 741 min manat olub.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 11% artaraq 115 milyon 796 min manat təşkil edib.

 

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Kütləvi məzarlıqlarda beynəlxalq qanunvericiliyin hansı tələblərinin pozulduğu AÇIQLANDI

Kütləvi məzarlıqlarda "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqiş...

Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək GÖTÜRÜLDÜ

Bu il aprelin 27-dək 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.   Sfera.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin ə...

Azad edilmiş ərazilərdə 172 nəfərə məxsus meyit qalıqları TAPILDI

Hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.   Sfera.az-ın ...

Sabah 31 dərəcə isti OLACAQ

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava ş...

73 nəfər itkin düşmüş şəxslərin adları AÇIQLANDI

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb.   Sfera.az-ın report-a istinadən məlumatına görə, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaq...

Hitlerin MÜƏMMALI ÖLÜMÜ: Həyat yoldaşı ilə intihar etdi, cəsədinin yandırılmasını istədi - FOTOLAR

Müasir dövrdə İkinci Dünya Müharibəsinə əsaslanan bir çox nəzəriyyələr mövcuddur. Bunlardan biri də nasist Almaniyasının lideri Adolf Hitlerin ölümü ilə əlaqəli...