Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir
![Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir](https://sfera.az/photo/orginal/2024/04/02/1712054016_56295ff8-ef28-3088-b887-de05a8cc8180_850.jpg)
İqtisadiyyat
14:45 / 02.04.2024
3649
Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.
Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
M.Cabbarov qeyd edib ki, Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun ölkəyə səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib: “Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.