Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Unibank “Biznes mobil bankçılıq” nominasiyası üzrə ən yaxşı iyirmi bankdan biri seçilib. Unibank bu nominasiyaya görə,  Azərbaycan bankları arasında ilk üçlükdə yer alıb. Qərar “SME Banking Club” beynəlxalq platformasının “Business Mobile Banking -2024” araşdırmasının nəticələrinə əsasən verilib. Proses 10-dan artıq ölkənin 30-dan çox biznes mobil tətbiqi üzərində aparılıb. 

 

Araşdırma zamanı “Unibank”ın biznes mobil bankçılığı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2024-cü il üzrə TOP-20 ən yaxşı biznes mobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazar şəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobil bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib.  

 

Qeyd edək ki, “Unibank”ın biznes müştəriləri üçün hazırladığı UBank Biznes tətbiqini yeniləndikdən sonra sahibkarların mobil əlavəyə marağı daha da artıb. Biznes sahibləri tərəfindən mobil tətbiqin yüklənməsində qısa müdətə 50%-dən çox artım olub. Hazırda UBank Biznes mobil əlavəsini yükləyən aktiv biznes müştərilərinin sayı 10 mini ötüb.

 

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

 

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (//www.unibank.az/az/corporate/index) əldə etmək olar.

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...