Qida məhsulları ilə bağlı ARTAN NARAZILIQLAR: "Mənşəyi bilinmir, gizlədilir" - Mütəxəssisdən AÇIQLAMA 

Qida məhsulları ilə bağlı ARTAN NARAZILIQLAR:

Zaman-zaman bəzi qida məhsullarının tərkibi ilə bağlı narazılıqlar səsləndirilir. Qeyd olunur ki, nə yediyimiz, nə içdiyimizlə əlaqəli dəqiq məlumatımız yoxdur. Digər ölkələrdə məhsulun tərkibini analiz edən laboratoriyalar var. Həmçinin, məsələn ABŞ-də müəyyən tətbiqlər var ki, qida məhsulunun QR kodunu oxutmaqla tərkibində hansı zərərli məhsulun olduğu bəlli olur.

 

Azərbaycanda da müstəqil qida laboratoriyalarının fəaliyyətinə ehtiyac varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hər bir istehlakçının beynəlxalq və yerli hüquqlarından biri mal haqqında səhih informasiya almaqdır:

 

“Məsələn, bəzi spred yağ məhsullarının tərkibində bitki yağı olduğu yazılır. Amma bunun mənşəyi bilinmir, yəni, hansı bitki yağı olduğu bəlli deyil. Bu kimi məhsulların bəzilərinə palma yağı qatışdırılır, lakin nədənsə gizlədilir. Laboratoriyalarla bağlı isə istehlakçılardan bir sıra zənglər alırıq. Ölkədə müstəqil laboratoriyalar mövcuddur. Lakin qanunvericiliyimiz elə qurulub ki, dövlət istisna, istənilən laboratoriyanın verdiyi sənədin heç bir hüquqi əsası yoxdur. Biz dəfələrlə məhkəmələrdə olmuşuq, belə sənədlər ortaya qoysaq da, təəssüf ki, qəbul edilməyib”.

 

Müsahibimiz bildirib ki, müstəqil laboratoriyalar genişləndirilməlidir və onların verdiyi sənəd hüquqi qüvvəyə malik olmalıdır:

 

“Bu, yox dərəcəsindədir. Ona görə də istehlakçılar daim məndən soruşur. Mən isə onları AQTA-ya yönləndirirəm, lakin qurum analizləri yüksək qiymətə edir. Hələ özlərinin sertifikat verdiyi müəssisənin malı haqqında mənfi informasiyanın verilib-verilməməsi isə sual altında olan məsələdir. Bu, ölkəmizdə problem olaraq qalır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...