Azərbaycanda günəş enerjisi nə qədər artıb?

Azərbaycanda günəş enerjisi nə qədər artıb?

2024-cü ilin ilk 2 ayında Azərbaycanda günəş enerjisi istehsalı kəskin artıb.


Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi?


Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, bu dövrdə günəşdən alınan enerji 6 dəfə artaraq 50,7 milyon kVt·st olub. Ötən ilin ilk 2 ayında isə cəmi 8.4 milyon kVt·st günəş enerjisi istehsal olunmuşdu:


"Bu ilin yanvar-ferval aylarında külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 2 ayında külək elektrik stansiyalarında 9,1 milyon kVt·st, digər mənbədə isə 39,0 milyon kVt·st elektrik enerjisi istehsal edilib".


Millət vəkili qeyd edib ki, inkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edirlər. Beləliklə, onlar həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar.


V.Bayramovun fikrincə, oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər:
 

"Bu, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir".

 

"Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar",-sonda deputat vurğulayıb.

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...