Azərbaycan bu ölkənin qaz şəbəkəsinin qurulmasında iştirak edə bilər

Azərbaycan bu ölkənin qaz şəbəkəsinin qurulmasında iştirak edə bilər

Ötən gün "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirib ki, Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir. Bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır. Məlumata görə, Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, bu istək təzə deyil.


Onun sözlərinə görə, hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirib.


Ekspert qeyd edib ki, bunun üçün əla fürsət var:


"Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 215 km-i Albaniya ərazisindən keçir. Başqa sözlə, Albaniya TAP-ın keçdiyi 3 ölkədən biridir. Yəni Albaniyaya Azərbaycan qazından istifadə üçün digər ölkələr kimi hansısa tranzit ölkədən istifadə etməyə ehtiyac yoxdur.
 

7550 km Yunanıstan ərazisindən, 105 km isə Adriatik dənizindən keçən TAP ən yüksək hündürlüyü olan 1800 metlik yüksəkliyə də məhz Albaniya ərazisində qalxır (Adriatik dənizdə 820 metrlik dərinliyə düşür)".
 

E.Əmirov əlavə edib ki, Azərbaycan tərəfi bu fürsətdən istifadə edərək, təkcə ixracatçı kimi deyil, eyni zamanda Albaniyanın qaz şəbəkəsinin qurulmasında ciddi investor kimi çıxış edə bilər:
 

"Belə ki, Albaniya elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alır. Lakin inkişaf edən sənayesi qaz təsərrüfatının yaradılmasını tələb edir. Orada isə qaz ehtiyatları olsa da, lakin bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Odur ki, Azərbaycan nəzərdə tutulan həcmdə qaz ixracı ilə yanaşı orada şəbəkənin qurulmasında investor kimi iştirak edə bilər".
 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...