ABŞ-də smartfonların yarısını bu şirkət satır – RƏQƏMLƏR

ABŞ-də smartfonların yarısını bu şirkət satır – RƏQƏMLƏR

Beynəlxalq Data Korporasiyasının (IDC) hesablamalarına görə, “Apple” ABŞ-nin smartfon bazarının yarıdan çoxunu ələ keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “PhoneArena” informasiya saytı məlumat yayıb.

 

2023-cü ilin yekunlarına əsasən Amerika smartfon istehsalçısının bazar payı 51,9 faiz təşkil edib. İl ərzində aparıcı şirkət daxili bazarda 68 milyon “iPhone” sataraq öz payını 1,4 faiz artırıb. ABŞ smartfon bazarında ikinci ən böyük paya 22,4 faizlə “Samsung” sahibdir. Ötən il Koreya şirkətinin məhsullarının satışı 19 faiz azalıb. Üçüncü yerdə isə 8 faiz payı olan “Lenovo”dur.

 

“Apple”nin bazar payının artmasına baxmayaraq, analitiklər qeyd ediblər ki, Çinin TCL korporasiyası bir il ərzində satışlarını ən çox artıran şirkət olub. Onun satışları bir ildə 8,1 faiz artıb. 2023-cü ildə ABŞ smartfon bazarında satışların ümumilikdə azalması qeydə alınıb. Ötən il ABŞ bazarına 130,6 milyon cihaz göndərilib ki, bu da illik müqayisədə 6,9 faiz azalma deməkdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR