Bu ölkələrdə \"Aİ-95\" markalı benzin BAHALAŞDI

Bu ölkələrdə \

2023-cü ilin əvvəlindən "Aİ-95" benzini ən çox Argentina və Türkiyədə bahalaşıb.

 

Sfera.az xəbər verir ki, "RİA Novosti" bu barədə açıq statistik məlumatlara əsaslanan öz hesablamalarına istinadla məlumat yayıb.

 

Argentinada premium benzin dərhal 27,29% bahalaşaraq indiki məzənnə ilə litri 1,011 dollar və ya 1.72 AZN təşkil edib. Türkiyə 17,36% artımla onu izləyir - orada "Aİ-95" markalı benzinin qiyməti 2,13 AZN-nə çatıb. Kamerun ilk üçlüyü ən nəzərə çarpan dinamika ilə bağlayır - 15,07% artım, litr üçün 2,37 AZN.

 

Bir sıra ölkələrdə bu sinifdən olan yanacaq ilin əvvəlindən əksinə, ucuzlaşıb. Qiymətlərin ən nəzərə çarpan azalması Qrenadada olub - 23,48% artaraq litr üçün 2,12 AZN. Lakin məlumatları dərc edənlər arasında belə dövlətlər az olub - cəmi 15.

 

Rusiya "Aİ-95"in qiymət artımı sürətinə görə cəmi 78-ci yeri tutub: qiymətlər 0,11% artaraq 55,21 rubl/litr olub. Eyni zamanda, Rusiya Federasiyası qiymətlərə görə 17-ci yeri tutaraq, ən sərfəli benzinlə ilk 20 ölkəyə daxil olub.

 

Ən ucuz "Aİ-95" İran (0,048 AZN), Liviya (0,052 AZN) və Venesuelada (0,059 AZN) satılır. Ən yüksək qiymətlər isə Monakoda ( 3,93 AZN), İslandiyada (3,91 AZN) və Danimarkadadır (3,72 AZN). (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...