Qeyri neft-qaz ixracında ciddi azalma baş verib – MÜQAYİSƏ

Qeyri neft-qaz ixracında ciddi azalma baş verib – MÜQAYİSƏ

Bu il Azərbaycanın qeyri neft-qaz ixracında nəzərəçarpacaq azalma müşahidə edilir. Son illərdə həcmi davamlı artan qeyri neft-qaz mallarının ixracında yalnız 2 ayda 200 milyon dollardan çox azalma baş verib. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında 651,4 milyon dollar dəyərində qeyri neft-qaz malları satılmışdı. Bu ilin eyni dövründə ixracın dəyəri 455 milyon dollara geriləyib. İki ayda yaranan fərq 196,4 milyon dollar və ya 30,2 faiz olub.


İxracın azalmasının əsas səbəbi elektrik enerjisi satışının kəskin azalmasıdır. Ötən ilin ilk 2 ayında xaricə 227,2 milyon dollarlıq elektrik enerjisi satıldığı halda bu il satış həcmi 35 milyon dollara geriləyib. Yalnız elektrik enerjisi satışında yaranan azalma 192 milyon dollar olub. 


Azərbaycandan elektrik enerjisini əsasən 2 ölkə - Türkiyə və Gürcüstan alır. Bu il elektrik enerjisi ixracının kəskin azalması həmin ölkələrin idxalı azaltması ilə bağlıdır.  
Elektrik enerjisi ilə yanaşı kimya sənayesi məhsullarının ixracı 6 milyon dollar azalaraq 48 milyon dollara, plastmass və onlardan hazırlanan məmulatların satışı 19 milyon dollar azalaraq 57 milyon dollara enib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.  ...

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib.   Sfera.az xəbər verir ki, bu, ötən ilin eyn...

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır - FOTO

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.  ...

Hesablardan 30 min manat oğurlayan Bakı sakini SAXLANILDI - RƏSMİ

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı müraciətlər daxil olub. &n...

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.   Sfera.az bildirir ki, bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.   Mütəxəssi...

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti TAPILDI

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb...