“Bu il əmək müqavilələrinin sayı 26 minədək artıb” – Mikayıl Cabbarov

“Bu il əmək müqavilələrinin sayı 26 minədək artıb” – Mikayıl Cabbarov

Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu qeyri neft-qaz sektorunun özəl bölməsində qeydə alınıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb. 


Nazir qeyd edib ki, qeyri neft-qaz sektorunun özəl bölməsində bağlanan müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50%-i keçib:

 

“İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb”.


M.Cabbarov onu da bildirib ki, martın 1-nə olan məlumata əsasən, əmək müqavilələrinin ümumi sayı 1,835 milyondur. Bunun 921,4 mini, yəni 50,2 faizindən çoxu qeyri neft-qaz sektorunun özəl bölməsinin payına düşür.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...