Osman Xaliyevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Osman Xaliyevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

 

Sfera.az xəbər verir ki, Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

 

Bu təyinatadək o, həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

 

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

 

O.Xaliyev 2010-2012-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

 

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

"WhatsApp"da YENİ FUNKSİYA - Onlayn olan şəxslər...

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp", istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.   ...

Azərbaycanla Tatarıstanın iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri MÜZAKİRƏ EDİLDİ

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Tatarıstan bölgəsinin Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Azərbaycanla Tatarıstan...

İran-İsrail qarşıdurması bu ölkənin mövqeyini GÜCLƏNDİRİR

İsraillə İran arasında yaranan qarşıdurmada İordaniyanın regiondakı strateji mövqeyi güclənir. İordaniya həm İsraildən, həm də İrandan gələn raketləri, pilotsuz...

Hadi Rəcəbli ilə vida mərasimi KEÇİRİLİR - YENİLƏNDİ - 2

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub.   Sfera.az xəbər verir ki, onun cənazəsi...

"Çox çətin anlar yaşadıq" - Jül Kounde

"Barselona"nın müdafiəçisi Jül Kounde Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununu (1:4) şərh edib.   Sfera.az bildiri...

Rusiya hökuməti bu tarixdə İSTEFA VERƏCƏK - Peskov AÇIQLADI

Rusiya Federasiyası Prezidentinin ənənəvi andiçmə mərasiminə “müəyyən nüanslar” daxil ediləcək.   Sfera.az bildirir ki, bunu Kremlin sözç...