\"Kommunal xidmət daha aşağı qiymətə təklif edilməlidir\" - Vüqar Bayramov

\

“Bu qanun layihəsi çərçivəsində texniki şərtlər asanlaşdırılacaq”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

 

“Qoşulma xərcləri hələ də yüksək olaraq qalmaqdadır. Bu, biznes üçün əlavə xərclər yaradır. Kommunal xidmətləri təklif edən qurumlar, qiymətləri daha aşağı təklif etməlidir, çünki xidməti satırlar və biznes sektoru tərəfindən ödəniş edilir. Digər məsələ müddətlə bağlıdır. Nəzərə alsaq ki, su təchizatlarının qoşulması 30 gündür. Düşünürəm ki, bu, olduqca uzun müddətdir. Ümumilikdə, qanun layihəsini dəstəkləyirəm”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

XİN: "Mina təhlükəsinə son qoymaq üçün beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var"

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var. &nb...

Ən yüksək inflyasiya hansı ölkələrdə olur? – MARAQLI FAKT

Mart ayında açıqlanan rəsmi inflyasiya məlumatlarına əsasən dünyada ən yüksək bahalaşma Argentinada qeydə alınıb.    Sfera.az xəbər verir ki, Ar...

İtaliyalı modelyer Roberto Kavalli VƏFAT ETDİ

İtaliyalı modelyer Roberto Kavalli 83 yaşında vəfat edib.   Sfera.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, sənətkar uzun sürə...

Zərdab sakinləri olan ata və qızı Kür çayında BATDI

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.   Sfera.az xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən ...

Mina partlayışında xəsarət alaraq Yevlaxda xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti AÇIQLANDI

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu əməliyyata alın...

Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə SƏFƏR ETDİLƏR - FOTO

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.   Sfera.az xəbər veri...