Daşınmaz əmlak və avtomobil bazarında durğunluq yarana bilər – SƏBƏB

Daşınmaz əmlak və avtomobil bazarında durğunluq yarana bilər – SƏBƏB

Azərbaycanda 2023-cü ilin dekabr ayından başlayaraq bankların dollara tələbinin artması müşahidə olunur. Bu dinamika 2024-cü ilin yanvar və fevral aylarında da davam edir.  


Sfera.az xəbər verir ki, cari ilin yanvarında Mərkəzi Bankda keçirilən valyuta hərraclarında 417,1 milyon dollar dəyərində valyuta satılıb. 2024-cü ilin yanvarında qeydə alınan satış məbləği ötən ilin birinci ayı ilə müqayisədə xeyli yüksəkdir. Ötən ilin ilk ayında 159,1 milyon dollar dəyərində valyuta satılmışdı. Müqayisə göstərir ki, bu ilin eyni ayında valyuta satışında 2,62 dəfə, yəni 258 milyon dollar artım qeydə alınıb. 


Fevralda da dollara tələbin güclənməsi görünür. Fevralın ilk 13 günü ərzində keçirilən valyuta hərraclarında banklar 370,9 milyon dollar alıb. On üç gündə alınan məbləğ 2023-cü ilin fevral ayı ərzində alınan məbləğdən (356,5 milyon dollar) çoxdur. Yəqin ki, bu ilin fevralın sonuna kimi daha bir neçə hərrac keçiriləcək və bu hərraclarda banklar tərəfindən valyuta alışı bir qədər də artacaq. 


Bəs ölkəmizdə dollar alışının yenidən artması hansı sahələrə təsir edə bilər?


Əvvəlki illərin təcrübəsi göstərir ki, dollara tələbin artması daşınmaz əmlak və avtomobil bazarında qiymətlərə azaldıcı təsir edir. Çünki dollar alan şəxslər əsasən psixoloji amillərin təsiri altında hərəkət edir və onlar yeni devalvasiyanın baş verəcəyi düşüncəsinə köklənirlər. Həmin insanlar bilir ki, devalvasiya baş verəcəyi təqdirdə həm daşınmaz əmlak, həm də avtomobil qiymətləri düşür. Buna görə də həmin şəxslər əllərində olan vəsaitlərin mümkün qədər daha çox hissəsini dollara çevriməklə gözləməyi üstün tuturlar. 


Sərbəst vəsaitlərin xarici valyutaya dəyişdirilməsi daşınmaz əmlak və avtomobil bazarına yönəldilən vəsaitlərin məbləğini azaldır. Buna görə də dollar alışının artması daşınmaz əmlak və avtomobil bazarında tələbi zəiflədir və bu, hər iki bazarda qiymət artımlarını tormozlayır. Əgər dollar alanlar vəsaitlərini daha uzun müddət xərcləmirlərsə, bu halda daşınmaz əmlak və avtomobil bazarında qiymətlər aşağı düşür. 


Mövcud vəziyyətin davam edəcəyi təqdirdə böyük ehtimalla daşınmaz əmlak və avtomobil bazarında qiymət artımları dayanacaq. Onsuz da yüksək inflyasiya səbəbindən daşınmaz əmlak və avtomobil alışında zəifləmə müşahidə edilirdi. Məlumatlatlara görə, alışların zəifləməsi hətta avtomobil bazarında qiymətlərin bir qədər enməsinə də səbəb olub. Belə bir vəziyyətdə dollara tələbin yüksəlməsi, yəqin ki, hər iki bazarda durğunluq yaradacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...