“Problemli kreditlərin sayı artıb” - AÇIQLAMA 

“Problemli kreditlərin sayı artıb” - AÇIQLAMA 

Xarici valyutada olan kreditlərdə vaxtı keçmiş kreditlərin həcminin son aylar azalmasına baxmayaraq, milli valyutada problemli kreditlərin həcmi artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Belə ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm eyni zamanda illik yekun olub. Bu o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb".

 

Deputat diqqətə çatdırıb ki, milli valyutada vaxtı keçmiş kreditlərin həcminin artması, hələ də bir sıra banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti və eləcə də potensial risklər tam nəzərə alınmadan kreditləşməyə getməsi ilə bağlıdır.

 

“Bank kreditləşməsində son dövrlər şəffaflıq güclənsə də, risklərin idarəedilməsi mexanizmdə hələ də problemlər mövcuddur. Kredit faizlərinin yüksək olması da milli valyutada vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir. Yüksək faizlə borclanma, daha sonra kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaradır. Bu isə kreditlərin faiz dərəcələrinin optimallaşdırılmasını bir daha prioritetləşdirir. Bütün hallarda, sabit məzənnə kontekstində milli valyuta üzrə vaxtı keçmiş kreditlərin həcminin artması arzuolunan deyil. Bu o deməkdir ki, kreditərin valyuta və eləcə də müddət növünə görə də xüsusi yanaşma və standartların tətbiqinə ehtiyac var”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...