Türkiyənin valyuta ehtiyatı 10 milyard dollar azaldı
![Türkiyənin valyuta ehtiyatı 10 milyard dollar azaldı](https://sfera.az/photo/orginal/2024/02/08/1707401376_dollar10.jpg)
17:47 / 08.02.2024
9275
Türkiyə Mərkəzi Bankının (TCMB) cəmi ehtiyatları 135 milyard 443 milyon dollara düşüb.
Sfera.az xəbər verir ki, 2024-cü ilin geridə qalan dövrü ərzində TCMB-nin ümumi ehtiyatlarında azalma 10 milyard dolları keçib.
TCMB-nin ehtiyatları 2 hissədən - xarici valyutadan və qızıldan ibarətdir.
Mərkəzi bankın valyuta ehtiyatları 2 milyard 616 milyon dollar azalaraq 86 milyard 538 milyon dollar olub.
Bu dövrdə qızılda olan ehtiyatlar isə qismən artaraq 48 milyard 905 milyon dollara çatıb.
Vasif