Yanvarda qeyri-neft ixracı AZALDI – SON RƏQƏMLƏR

Yanvarda qeyri-neft ixracı AZALDI – SON RƏQƏMLƏR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərini açıqlayıb. 


Sfera.az xəbər verir ki, ilkin məlumatlara əsasən, 2024-cü ilin yanvarında Azərbaycanın qeyri neft-qaz sektoru üzrə ixracı 222 milyon dollar olub.


Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz ixracında 22 faiz azalma baş verib. 2023-cü ilin birinci ayında qeyri neft-qaz mallarının ixrac dəyəri 284,5 milyon dollar olmaqla builki göstəricidən 62,5 milyon dollar çoxdur. 


Qeyri neft-qaz malları üzrə ixracda azalma qeyri-yeyinti məhsullarında baş verib. Yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 70,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 31,1 faiz azalaraq 151,6 milyon dollara bərabər olub.


2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4% artıb.


Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon dolları təşkil edib. Qeyri neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının ixrac dəyər isə 3,7 milyon dollar azalaraq 15,4 milyon dollar olub.


Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...