\"Xalq Sığorta\"nın səhifəsinə hücum oldu, əxlaqsız video paylaşıldı - FOTO
16:11 / 06.02.2024
12586
"Xalq Sığorta”nın rəsmi "Facebook” səhifəsinə xaker hücumu olub.
Sfera.az xəbər verir ki, səhifəni ələ keçirənlər orada əxlaqsız videolar paylaşıblar.
Sığorta şirkəti isə "İnstagram” hesabında məsələ ilə bağlı məlumat yayaraq bildirib ki, səhifə hücuma məruz qalaraq oğurlanıb və problemin qısa müddətdə aradan qaldırılması istiqamətində işlər aparılır.