Qaz sayğacları BU HALLARDA az pul yazır: \"Bunun üçün satışda...\"

Qaz sayğacları BU HALLARDA az pul yazır: \

Son illər təbii qazın qiyməti artdığı üçün evlərimizi isitmək baha başa gəlir.

 

Bəs qaza qənaət edərək evləri isti saxlamaq mümkündürmü?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bir sıra üsullarla qaza qənaət etmək olar:

 

“Radiatorlarda, xüsusən, divarlara quraşdırılanlarda istilik itkisinin qarşısını almağın ən sadə üsulu onların arxasına alüminium falqa yapışdırmaqdır. Həmin material istiliyi otağa tərəf əks etdirir. Bunun üçün satışda xüsusi falqalar mövcuddur. İkiqat şüşəli pəncərələr də istilik itkisinin qarşısını alır. Onlar izolyasiya baxımından effektiv olsalar da, quraşdırılmaları əlavə xərc tələb edir. Təkqatlı pəncərələrə izolyasiya lenti çəkmək də, alternativ və effektiv üsullardan biridir”.

 

Ekspert bildirib ki, radiatorları təmizləmək istilik keçiriliciyini artırır.

 

“İstilik itkisinin təxminən 10 faizi döşəmələrin payına düşür. Məhz bu baxımdan döşəmələrin izolyasiyası önəmli faktorlardan biridir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...