Neft ucuzlaşır – Bu vəziyyət inflyasiyanı zəiflədə bilər

Neft ucuzlaşır – Bu vəziyyət inflyasiyanı zəiflədə bilər

Dekabrın ilk günlərindən neft qiymətlərində azalma müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ilk günlərdən neft qiymətlərində sürətlə enmə baş verib və “qara qızıl”ın dəyəri 80 dollardan da aşağı düşüb. 


Noyabrın sonunda “Brent” markalı neftin qiyməti 84,3 dollardan, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiyməti 86 dollardan baha satılırdı. Ötən bir həftə ərzində “Brent” nefti təxminən 10 dollar, Azərbaycan nefti 9 dollar ucuzlaşıb.

 

Hazırda “Brent” neftinin dəyəri 74-75 dollar, Azərbaycan neftinin dəyəri isə 79 dollardır. 


Dekabrın ilk günlərində müəyyənləşən yeni neft qiymətləri 2024-cü ilin fevralında təhvil veriləcək xammala aiddir. Maraqlıdır ki, neft qiymətlərində enmə OPEC və onun müttəfiqlərinin hasilatın azaldılmasının davam etdirilməsinə dair əldə etdiyi razılaşmadan sonra baş verib. Birja analitiklərinin şərhinə görə, bu razılaşmaya baxmayaraq, neftin ucuzlaşmasının səbəbi yayılan proqnozlarla bağlıdır. 


Proqnozlara görə, ən çox neft idxal edən Çində tələbin azalması davam edəcək, eyni zamanda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı artacaq. Bu proqnozlar “qara qızıl” qiymətlərinə azaldıcı təsir edib. 


Neftin ucuzlaşması neft ixrac edən ölkələr üçün əlverişli olmasa da ümumən dünyada məhsulların dəyərinin aşağı düşməsi baxımından əhəmiyyətlidir. Artıq ilkin nəticələrə əsasən, dünyada əmtəə qiymətlərində enmə baş verir. Bunun səbəbi məhz neft qiymətlərinin 10 faizdən çox enməsi ilə bağlıdır. Qlobal əmtəə qiymətlərinin azalması dünyada inflyasiyanın da zəifləməsinə kömək edəcək. 


Lakin qeyd edək ki, əmtəə qiymətlərinin daha çox düşməsi üçün neft qiymətlərinin uzun müddət mövcud səviyyədə qalması vacibdir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...