"Muğanbank"ın əmanətçilərinə kompensasiyaları kim ödəyəcək? - RƏSMİ AÇIQLAMA

Noyabrın 27-dən başlayaraq “Muğanbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC vasitəsilə həyata keçiriləcək.

 

Bu barədə ”Muğan Bank”ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

 

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

 

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan ”Muğan Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

 

“Əmanətçilərdən kompensasiyaların alınması üçün Azərbaycan Beynəlxalq Bankı və “Kapital Bank”ın istənilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir”, - məlumatda deyilir.

 

Qorunan əmanətçilər ərizə formalarını noyabrın 27-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi bu bankların bütün filial və şöbələri tərəfindən həyata keçiriləcək.

 

Əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100%-i həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100%-i həcmində ödəniləcək.

 

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin, qanuna uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü il müəyyən edilib.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...