Dərmanlar ucuzlaşacaq – “Apteklər süni qiymət artımı yarada bilməyəcək”

Dərmanlar ucuzlaşacaq – “Apteklər süni qiymət artımı yarada bilməyəcək”

Bir neçə gün öncə Tarif Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq etməsi ilə bağlı qərar qəbul edib. Qərarın dərmanların qiymətlərinə təsir edəcəyi ilə bağlı fikirlər mövcuddur. İlkin proqnozlar dərman preparatlarının qiymətlərinin ucuzlaşacağı yönündədir.

 

Bu iddialar nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev Tarif Şurasının son qərarının istehlak bazarında dəyişiklik yaradacağını deyib. Millət vəkili bundan sonra süni qiymət artımının olmayacağını bildirib:

 

“Milli Məclisdə sentyabrın 15-də Rəqabət Məcəlləsi ilə əlaqədar müzakirəmiz oldu. Uzağı bu ilin axırına qədər 16 ildir, müzakirə olunan həmin məcəlləni qəbul edəcəyimizə inanırıq. Sözügedən məcəllə bazar iqtisadiyyatının üç əsas qanunundan biridir. Təbii ki, bunun da bütün istehlak bazarına və xidmətlərinə böyük müsbət təsiri olacaq. Tarif Şurası tərəfindən dərman preparatlarının qiymətlərinin yüksək həddi müəyyən edildi. Bu qanun nəticəsində apteklərdə qiymətlər qalxmayacaq, yəni daha buna imkan verilməyəcək. Yeni qaydalara əsasən, dərman vasitələrini Tarif Şurasının təyin etdiyi qiymətlərdən baha satmaq mümkün olmayacaq”.

 

Deputat apteklərdə 15 faiz ucuzlaşmanın olacağını proqnozlaşdırıb:

 

“Yeni qaydanın tətbiqi həm də o deməkdir ki, apteklərin arasında rəqabət yaşanacaq və onlar çalışacaqlar ki, dərman vasitələrini cüzi fərqlə də olsa daha ucuz qiymətə təklif etsinlər. Düşünürəm ki, Tarif Şurasının bu qərarı ən azı ümumi qiymətlərə 15 faiz təsir edəcək. Yəni dərman preparatları ucuzlaşacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyinin şəhid olan hərbçiləri - ADLAR + FOTOLAR

Xəbər verdiyimiz kimi, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.   Şəhid ol...

Antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin SİYAHISI - ADLAR + FOTO

Müdafiə Nazirliyi antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb.   Sfera.az Nazirliyə istinadən xəbər verir ki, 19...

“Ukrayna ikiyə bölünür, bu ərazilər Rusiyada qalacaq” – Ehtimal edilən GİZLİ RAZILAŞMANIN detalları

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələr vermədiyini deyib.   “Ukrayna təlim keçməmiş,...

Antiterror tədbirlərində şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirli...

Şahdağa qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-sı saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölk...

“Qarabağdan getmək ermənilərin şəxsi seçimidir” - Hikmət Hacıyev

“Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezid...