Rusiya və Səudiyyə Ərəbistanının qərarı Azərbaycanın üzünü güldürür 

Rusiya və Səudiyyə Ərəbistanının qərarı Azərbaycanın üzünü güldürür 

2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq “Brent” markalı neftin qiyməti 94 dollar səviyyəsini ötüb. 


Sfera.az xəbər verir ki, neft qiymətlərinin yenidən bu səviyyəyə yüksəlməsi neft təklifinin azalması ilə bağlıdır. 


Səudiyyə Ərəbistanı və Rusiyanın satışa az neft çıxartması qiymətləri yüksəldir. Dünyada ən çox neft ixrac edən Səudiyyə Ərəbistanı gündəlik hasilatı ötən ay 1 milyon barel azaldıb. Bununla bağlı qəbul olunan qərarda qeyd edilib ki, hasilatdakı azalma 2023-cü ilin sonuna qədər qüvvədə qalacaq. 


Neft təklifinin azalmasına paralel olaraq neft istehlakında azalma müşahidə edilmədi. Bu səbəbdən neft qiymətlərində yüksəliş baş verir. 


Neftin bahalaşmasına Avropa və ABŞ-də inflyasiyanın zəifləməsi də kömək edir. İnflyasiyanın zəifləməsi mərkəzi banklara sərt maliyyə siyasətindən imtina etməyə əsas verəcək. Sərt maliyyə siyasətindən imtina edilməsi isə yenidən iqtisadi aktivliyi artıracaq ki, bu da neft qiymətlərinə müsbət təsir göstərir. 


Neft bazarında təklifin azalması Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətinin daha çox yüksəlməsinə səbəb olub. Hazırda “Azeri Light” markalı neft 101 dollara alınır. 


Bu qiymət Azərbaycan üçün olduqca əlverişlidir. Çünki qiymətlərin yüksəlməsi Azərbaycanın neftdən əldə etdiyi gəlirlərinin azalmasının qarşısını alır. 


Son illərdə Azərbaycanın istehsal etdiyi və ixraca yönəltdiyi neftin həcmi azaldığından ölkəmiz üçün neftin qiymətinin əhəmiyyəti daha da artıb. Neftin qiyməti yüksək olduqda bu, Azərbaycanın hasilatın azalmasına görə yaranan itkilərini kompensasiya edir. 


Buna görə də baha neft indiki dövrdə bizim üçün daha faydalıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edib

Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.   Sfera.az xəbər verir k...

"ABŞ də bizdən silah alır” - Mədət Quliyev

Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mü...

“Bayraktar”ın "TB3" modeli hazırlanır – Yeni PUA digərindən nə ilə fərqlənəcək?

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar “Bayraktar TB”nin yeni modelinin hazırlandığı haqqında açıqlama verib.&...

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslə...

Bir həftə əvvəl şəhid olan Səbuhinin əkiz qızları dünyaya gəldi - FOTO

Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.   Sfera.az xəbər verir ki, bununla onun özündən sonra 4 övladı ya...

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.   Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tib...