İqtisadi Şuranın növbəti iclası keçirildi

İqtisadi Şuranın növbəti iclası keçirildi

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2024-cü il və ortamüddətli dövr üçün müəyyən etdiyi prioritetlərin və hədəflərin əsasında hazırlanan 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasəti, milli xərc prioritetləri, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin parametrləri, ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

 

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

 

İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...