Oktyabrda Azərbaycanda ucuzlaşma gözlənilirmi? - ANALİZ

Oktyabrda Azərbaycanda ucuzlaşma gözlənilirmi? - ANALİZ

Azərbaycanda 2020-ci ildən sonra ilk dəfə olaraq bu il dörd ay ardıcıl ucuzlaşma qeydə alınıb. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin may, iyun, iyul və avqust aylarında qiymətlər ardıcıl şəkildə əvvəlki aya nisbətən aşağı düşüb. 


Sonuncu dəfə belə bir hal 2020-ci ilin may-avqust dövründə qeydə alınmışdı. 2021 və 2022-ci illərdə isə aylıq müqayisədə yalnız iyunda qiymətlər azalmışdı. 


2023-cü ildə dörd ay qiymətlərin ardıcıl azalması 2020-ci ildəki haldan da fərqlidir. Bu il aylıq müqayisədə qiymət azalmasının sürəti 2020-ci illə müqayisədə daha böyükdür. 


2020-ci ildə dörd aylıq ucuzlaşmadan sonra avqustun sonundakı qiymət səviyyəsi aprellə müqayisədə 1,2 faiz düşmüşdü. Amma bu il dörd aylıq ucuzlaşmadan sonra avqustdakı qiymətlər aprelə nisbətən 1,7 faiz enib. Başqa sözlə, bu il qiymət azalmasının sürəti 2020-ci ilə nisbətən 42 faiz yüksəkdir. 


Qiymətlərdəki azalmanın oktyabrda da davam etməsi mümkündür. Lakin bu ehtimal olduqca azdır. 


Oktyabrda da qiymətlərin enmə ehtimalı ərzaq qiymətlərindəki dəyişiklikdən asılı olacaq. Əgər ərzaq mallarında inflyasiya tempində müşahidə edilən zəifləmə oktyabrda da davam edərsə, o halda aylıq müqayisədə qiymətlərin düşməsi mümkündür. 


Qeyd edək ki, son bir ildə dünyada ərzaq qiymətlərində enmə baş verir. Son bir ildə dünyada ərzaq qiymətləri 10 faizdən çox enib. Bu hal təəssüflər olsun ki, Azərbaycanda müşahidə edilmir. Ölkəmizdə yalnız bahalaşma sürətinin zəifləməsi baş verir ki, biz də bununla özümüzə təskinlik veririk. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...