TuranBank yeni Fəvvarələr şöbəsini müştərilərin istifadəsinə verdi - FOTOLAR

TuranBank yeni Fəvvarələr şöbəsini müştərilərin istifadəsinə verdi - FOTOLAR

TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni Fəvvarələr şöbəsini müştərilərin istifadəsinə vermişdir. Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak etmişdir.

 

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən yeni şöbə müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin kredit istisna olmaqla bütün növ bank məhsul və xidmətlərindən daha operativ və rahatlıqla istifadəsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Fəvvarələr şöbəsi ənənəvi və rəqəmsal bank xidmət və məhsullarının müştərilər üçün əlçatan olmasına şərait yaradacaqdır. Rəqəmsallaşma strategiyasına əsasən TuranBank müştərilərini elektron və mobil bankçılıq həlləri ilə davamlı olaraq təmin etməyi hədəfləmişdir.

 

Qeyd edək ki, TuranBank-ın Fəvvarələr şöbəsi həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir.

 

Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən TuranBank-ın əsas missiyası  kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

 

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank 
Bizimlə etibarlıdır.. 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...