Azərbaycanda avtomobil ehtiyat hissələrinə tələbat sürətlə artır - SƏBƏB NƏDİR?

Azərbaycanda avtomobil ehtiyat hissələrinə tələbat sürətlə artır - SƏBƏB NƏDİR?

Azərbaycanda istismarda olan avtomobillərin əksəriyyətinin köhnə olması avtomobil ehtiyat hissələrinə tələbi sürətlə artırır. 


Sfera.az xəbər verir ki, bu səbəbdən son illərdə ehtiyat hissələrinin dövriyyəsi nəzərəçarpacaq dərəcədə artaraq 500 milyon manatı ötüb.


2018-ci ildə avtonəqliyyat vasitələri üçün hissə və ləvazimatların alışına 190 milyon manatdan çox pul xərclənmişdi. 2022-ci ildə ehtiyat hissələrinə xərclənən pulun məbləği 570 milyon manata çatıb. 


Ehtiyat hissələrinə xərclənən pulun məbləğindəki artım sürəti 3 dəfəyə yaxındır. Artımın bu qədər böyük olması həm qiymətlərin yüksəlməsi, həm də real alış həcmninin artması ilə bağlıdır. 


Lakin müqayisələr göstərir ki, ehtiyat hissələrinin alışına çəkilən xərcin artması daha çox qiymətlərdəki dəyişiliklə yox, istehlak miqdarının artması ilə bağlıdır. İstehlak miqdarının artması qiymətlərdəki artımdan bir neçə dəfə çox olub. 


2022-ci ildə 2010-cu ilə nisbətən ehtiyat hissələrinin istehlak miqdarı 33 dəfə, 2015-ci ilə nisbətən 6 dəfə artıb. Başqa sözlə, 2010-cu ildə bazarda 1 ədəd ehtiyat hissəsi satıldığı halda, 2015-ci ildə 6 ədəd, ötən il isə 33 ədəd ehtiyat hissəsi satılıb. 


Müqayisə edilən dövrdə avtomobillərin sayı 2 dəfəyə yaxın artıb. Avtomobillərin sayı 2010-cu ildə 0,98 min ədəd, 2015-ci ildə 1,32 milyon ədəd, 2022-ci ildə 1,65 milyon ədəd olub. 


Buradan göründüyü kimi, son illərdə avtomobillərin sayındakı artıma nisbətən alınan ehtiyat hissələrinin sayındakı artım daha böyük sürətlə baş verib. 


Ehtiyat hissələrinə tələbin kəskin artmasının başlıca səbəbi ölkəmizdə istismarda olan avtomobillərin həddindən artıq köhnəlməsidir. 


2015-ci ildən başlayaraq idxal edilən avtomobillərin sayının artmaması üçün hökumətin həyata keçirtdiyi müxtəlif tədbirlər səbəbindən avtomobil parkı köhnəlib. 
Həyata keçirilən tədbirlər Azərbaycana gətirilən avtomobillərin idxal xərclərini xeyli yüksəltdiyindən daha aşağı qiymətə avtomobil idxal edə bilməyən şəxslər əvvəlki illərdə idxal edilən istismar müddəti çox olan avtomobilləri almağa məcbur qalırlar. Buna görə də köhnə avtomobillər istismardan çıxmır və ehtiyat hissələri yenilənərək daim istifadə edilir. 


Rəsmi məlumatlara əsasən, 2015-ci ildə minik avtomobillərinin 65 faizinin istehsal tarixi 10 ildən yuxarı olduğu halda 2022-ci ildə bu göstərici 83 faizi ötüb. Hazırda avtomobillərin 45 faizinin istehsal tarixi hətta 20 ili keçir. 


İstehsal tarixi 10 ili ötən avtomobillərin sayının çoxluq təşkil etməsi və onların müntəzəm istifadə olunması əlbəttə ki, ehtiyat hissələrinə tələbi artırır.  


Ehtiyat hissələrinə belə yüksək tələbin azaldılması üçün yeganə yol köhnə avtomobillərin istismardan çıxarılmasıdır. Bu məqsədlə atılacaq ən əlverişli addım isə avtomobillərə istehsal tarixinə görə əmlak vergisinin tətbiq olunması və köhnə avtomobillərin utilizasiyasıdır. Yalnız bu 2 yolla Azərbaycanda avtomobil parkının yaş strukturunu yaxşılaşdırmaq, eyni zamanda ehtiyat hissələrinə xərclənən pulu azaltmaq olar. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda AĞIR QƏZA: Ölən və xəsarət alan var

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisi...

Qubada 102 minlik dələduzluq: saxlanılanlar var

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.   DİN-in Mətbuat Xidmətinin Q...

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...