No Image
No Image

DARPA dəriyə implant olunan və hidrogellə işləyən sensor hazırladı

DARPA dəriyə implant olunan və hidrogellə işləyən sensor hazırladı

DARPA Biologiya Texnologiyaları Ofisinin işçisi Dr. Matt Hepburn tərəfindən CSBnews-a verilən müsahibə yanlış anlaşılmaya səbəb olub. 
 
Sfera.az xəbər verir ki, mediada "DARPA-nın Covid-19 yoluxmalarını aşkarlaya bilən bir mikroçip hazırladığına” dair məlumat yayılıb. Lakin Hepburn "Newsweek" jurnalına yeni bir müsahibə verərək məsələyə aydınlıq gətirib. Hepburn verdiyi açıqlamada qurumun mikroçip deyil, dəriyə implant olunan və hidrogellə işləyən bir sensor hazırladığını deyib. 

O, açıqlamasında Pentaqonun pandemiyalarla mübarizə aparmaq üçün daim layihələr üzərində işlədiyini söyləyib. Həkim bu layihələrdən birinin də işıq siqnalları və hidrogel vasitəsilə işləyən sensorlar olduğunu deyib. Covid-19-a yoluxmanı və başqa bir xəstəliyi əvvəlcədən aşkarlamayan bu sensorların, sadəcə vücuddakı kimyəvi reaksiyaları ölçdüyü və beləliklə, həmin şəxsin səhhətində düzgün getməyən nələrsə olduqda xəbərdarlıq etdiyini qeyd edib. 

Həkimin sözlərinə görə, DARPA tərəfindən əsgərlərin səhhətini anlıq izləmək üçün hazırlanan layihə, vücuddakı kimyəvi dəyişiklikləri analiz edərək şəxslərin səhhətində nələrinsə tərs getdiyinə dair xəbərdarlıq etmə mexanizmasını daşıyır.

Sensor, bir şəxsə koronavirus yoluxub yoluxmadığını aşkarlaya biləcək formada hazırlanmayıb. Yəni hidrogel sensorları Covid-19 testini əvəz etmək məqsədi daşımır.

Mediada yayılan fotoların da mikroçip ilə əlaqəsi olmadığı bildirilir. 

Qeyd edək ki, DARPA da daha sonra Newsweek tərəfindən yayınlanan yazını paylaşaraq çip iddiasını təkzib edib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qüdsün taleyi bu cür olmalıdır - Bozkır

Qəzzaya endirilən son hava zərbələri də daxil olmaqla, mülki şəxslərə və dini məkanlara edilən hücumları qəti şəkildə qınayıram. İsrail beynəlxalq hüquqa riayət...

İsrail itkilərini açıqladı: 5 ölü, 200-dən çox yaralı

Bazar ertəsindən bəri Qəzza zolağından İsrail ərazisinə raket hücumları nəticəsində beş israilli ölüb, 200-dən çox insan yaralanıb. Sfera.az xəbər verir k...

İsrail Qəzza zolağına 80 uçuş aparatından zərbələr endirib, aralarında F-35 qrıcısı da var

"İsrail ordusu "Həmas" radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 uçuş aparatından zərbələr endirib". Sfera.az xəbər verir ki,...

HƏMAS Təl-Əviv istiqamətində 130 raket atıldığını elan edib, xəsarət alanlar var

HƏMAS-ın silahlı qanadı "İzzəddin al-Kassam briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib. Sfera.az xəbər...

Məktəbdə qətliam törədən 19 yaşlı şəxs barədə dəhşətli faktlar - FOTOLAR

Məktəbdə qətliam törədən 19 yaşlı İlnaz Qalyaviyev barədə dəhşətli faktlar açıqlanıb. O necə oldu ki, belə bir dəhşətli qətliamı törətdi. Nəticədə 7 məktəbli, 1...

İtaliya Prezidentini təhqir edən 11 nəfər saxlanıldı

Sosial şəbəkələrdə İtaliya Prezidenti Serco Mattarellanı təhqir və təhdid edən 11 nəfər istintaqa cəlb edilib. Sfera.az TASS-a istinadən xəbər verir ki, o...