İntihar edən Nəzakətin atası özünü dolaşdırdı: ƏVVƏL DEDİYİNİ TƏKZİB ETDİ

İntihar edən Nəzakətin atası özünü dolaşdırdı: ƏVVƏL DEDİYİNİ TƏKZİB ETDİ
 

Ötən gün gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.

Sfera.az xəbər verir ki, yayılan məlumatlara əsasən, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb. Tələbə qızın bu səbəbdən özünü öldürdüyü deyilir. Hadisə vaxtı Balahüseyn sevdiyi qızın ardınca özünü dənizə atsa da, onu xilas etmək mümkün olub.

Azvision.az hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Nəzakətin atası Müğdət Rzazadə ilə əlaqə saxlayıb. O, əməkdaşımıza bildirib ki, qızı sevgilisi deyilən Balahüseyn Məmmədov tərəfindən qaçırılıb.

"Günorta saat 3-də oğlanın atası mənə zəng etdi ki, qızını qaçırmışıq, artıq iş işdən keçib, axşam sizə elçi gəlmək istəyirik. Buna inanmadıq. Dedim, mənim qızım elə iş tutmaz. Tez Nəzakətə zəng etdik. O dedi ki, ata, inanma, yalan söhbətdir. Axşam saat 12-də yenə zəng etdik, qızım ağlaya- ağlaya cavab verdi. Dedim, Nəzakət, narahat olma, təcili Bakıya gəlirəm. Getdim, evdə yox idi. Rəfiqələrindən soruşdum, heç kim yerini bilmədi. Gecə saat 6-da xəbər gəldi ki, qızım özünü dənizə atıb”.

M. Rzazadənin sözlərinə görə, hadisə baş verən günədək qızının sevgilisinin olduğunu bilməyiblər.

"İndiyədək heç kim bizə elçi gəlməyib. Həmin oğlandan xəbərimiz olmayıb. Nəzakət qaçırılandan sonra oğlanın evindən naməlum istiqamətdə yoxa çıxıb. Bizdə olan məlumata görə, Nəzakətdən 20 dəqiqə sonra oğlan hadisə yerinə gəlib. Balahüseyn haradan bilirdi ki, Nəzakət bulvara gedəcək? Müəmmalıdır”.

Xatırladaq ki, Nəzakətin atası bundan öncə axar.az-a belə açıqlama vermişdi:

"Qızım Nəzakət Rzazadənin sevgilisi ilə münasibətinə razılıq verilmədiyi üçün intihar etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qızımın Balahüseyn Məmmədovla münasibətindən xəbərdar idik. Üçüncü kursda oxuyurdu deyə, universiteti bitirdikdən sonra ailə qurmasını məsləhət görmüşdük. Sevdiyi oğlan öz kəndimizdəndir. Bu gün gecə saat 1-2 arası intihar ediblər. İntihar səbəbini isə bilmirik. Nəzakətin meyiti hələ tapılmayıb, axtarışlar davam edir”.


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...