İntihar edən 17 yaşlı Gülərin əmisi qızı da danışdı: \"Gecə 12-yə qədər...\"

İntihar edən 17 yaşlı Gülərin əmisi qızı da danışdı: \
İki gün öncə intihar edən Zaqatala rayon Əliabad kənd sakini, 17 yaşlı Gülər ismayılovanın özündən 15 yaş böyük kişiylə nişanlanması barədə deyilənlər həqiqət deyil.

Sfera.az bildirir ki, bu barədə ölkə.az-a açıqlamasında Gülərin əmisi qızı Aynur İsmayılova məlumat verib:

"15 yaş böyük insana ərə verilməsi barədə deyilənlər yalandır. Öz istədiyi olub, amma nişanlı deyildilər. Nişan məsələsi də həqiqət deyil. İntihar səbəbini özümüz də bilmirik. Şokdayıq... Gülərgil iki bacı, bir qardaşdılar. Bu yaxınlarda bacısının nişanı olub. Yəqin ona görə camaat səhv salıb".

A. İsmayılova Gülərin ailəsiylə münasibətləri barədə danışmaq istəməyib:

"Hadisə səhər saat 5 radələrində baş verib. Gecə 12-yə qədər ailəsiylə söhbət edib, dondurma, banan yeyib. Heç bir problemləri olmayıb. Ailəsiylə münasibətləri barədə dəqiq məlumatım yoxdur".

Qeyd edək ki, Əliabad kənd icra nümayəndəsi Həsən Həsənov əməkdaşımızla söhbətində G.İsmayılovanın özündən 15 yaş böyük oğlanla nişanlanmağına etiraz edərək, özünü evlərinin həyətyanı sahəsindəki tövlədən kəndirlə asdığını bildirmişdi. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...