İnsanlar əsasən BU YERLƏRDƏ virusa yoluxurlar - Baş infeksionist danışdı

İnsanlar əsasən BU YERLƏRDƏ virusa yoluxurlar - Baş infeksionist danışdı
 

Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar.

Sfera.az  xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

İndiki zamanda isə ölkədə COVİD-19-a yoluxanların sayı çoxdur və məhz bu amil müalicə ilə bağlı yeni protokolun tətbiqini zəruri etdi.

Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunduğunu xatırladan baş infeksionist əlavə edib ki, ölkəmizdə də asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr həkim nəzarəti altında evdə müalicə olunmalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır.

C.İsayev qeyd edib ki, bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər. Amma belə faktları bütün ölkənin səhiyyəsinə şamil etmək olmaz:

"Nəzərə alınmalıdır ki, hər bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər, lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir”.

OXŞAR XƏBƏRLƏR

Ermənilər Tovuzun Dondar Quşçu kəndini topdan atəşə tutub

 Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyin...

Müdafiə Nazirliyi yeni məlumat yaydı - TƏCİLİ

  "İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində a...

SON DƏQİQƏ! Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - RƏSMİ

 İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəş...

"Səhvim oldu, prezident də çıxardı" - Arif Qasımov

 Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib. ...

Bu icra başçısı vəzifədən azad edildi - Sərəncam

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı tutduğu vəzifədən azad edilib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağl...

SON DƏQİQƏ! Vilayət Eyvazov generalı vəzifəsindən AZAD ETDİ

 Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Sfera.az xəbər ve...