No Image

Çingiz Qənizadə Beyləqanda növbəti görüşlərini keçirib - FOTO

Çingiz Qənizadə Beyləqanda növbəti  görüşlərini keçirib - FOTO

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə Beyləqan rayonunun Aşıqalılar və Əhmədli kəndlərində yaşayan seçiciləri ilə  görüşlər keçirib.

 

Sfera.az  xəbər verir ki, görüş zamanı deputatlığa namizəd  son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət proqramı, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Çıxış edən kənd sakinləri, ağsaqqallar, Qarabağ qaziləri, gənclər, Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Onlar üçün  hər zaman açıq və əlçatan deputat olduğunu xüsusi qeyd ediblər. Həmçinin telefon zənglərinə, ərizə və şikayətlərinə  operativ reaksiya verən, kənddə gedən abadlıq və quruculuq işlərində yaxından iştirak etdiyini, qaldırılan məsələləri vaxtlı-vaxtında müvafiq qurumlara çatdırdığını deyiblər. Kənd sakinləri Çingiz Qənizadəni sadə deputat kimi tanıdıqlarını da gizlətməyiblər.

Növbəti parlament seçkilərində də Çingiz Qənizadəyə səs verəcəklərini söyləyiblər.

 

Daha sonra Çingiz Qənizadə fərdi qaydada müraciət edən seçiciləri ayrı-ayrılıqda qəbul edərək onları dinləyib və problemlərini qeyd edib. Kənddə olan kiçik problemlər namizədin diqqətinə çatdırılıb. Çingiz Qənizadə də bu və ya digər  məsələlərlə yaxından məşğul olacağı barədə seşicilərinə söz verib. (moddern.az)

OXŞAR XƏBƏRLƏR

Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - FOTOLAR

  Bakıda "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik"də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb. "Qafqazinfo" xəbər veri...

Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - FOTO

 "Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovu bıçaqlayan Orxan Fərəcbəyli saxlanılıb.  Bununla bağlı Sfera.az-a hüquq-mühafizə orqanlarından m...

DTX-nın keçirdiyi əməliyyatlarda bu şəxslər də məsuliyyətə cəlb edilib – RƏSMİ

  Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatlar zamanı məsuliyyətə cəlb edilən icra hakimiyyəti başçıları, nazir müavinləri və ...

DTX-nin əməliyyat keçirdiyi qurumun rəhbəri bu generaldır - FOTOLAR

  Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsin...

DTX-nin saxladığı rəis görün müğənnilərə NƏ ŞƏRTLƏR QOYUBMUŞ - ŞOK FAKTLAR

  Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Sfera.az  xəbər verir ki, rəsmi açıql...

Daha bir icra başçısının topdağıtmaz sərvəti - SİYAHI + FOTO

  Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında Qaradağ rayon icra başçısının əmlakı haqda məqalə yayımlayıb.  Sfera.az  sözüg...