İngiltərə şahzadəsi maddi çətinlik səbəbilə filmə çəkiləcək

İngiltərə şahzadəsi maddi çətinlik səbəbilə filmə çəkiləcək
İngiltərə şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl "Netflix” platformasındakı layihələri barədə danışıblar.
 
Sfera.az xəbər verir ki, cütlük tərəfindən ərsəyə gətirilən "Invictus Heart" sənədli filmi 2022-ci ildə Laheydə keçiriləcək Invictus Oyunlarında mübarizə aparacaq idmançılara həsr edilir. Koronavirus səbəbilə gələn ilə təxirə salınan oyunlarda iştirak edəcək idmançıların və təşkilatçıların pərdəarxası hekayələri filmdə canlandırılacaq.

Kral ailəsinin üzvləri maliyyə səbəbi ilə "Netflix”lə müqavilə bağlamaq məcburiyyətində qaldıqlarını bildiriblər. 

"Netflix”in verdiyi açıqlamaya görə, şahzadə Harri özü də kamera qarşısına keçəcək. Sənədli serialın rejissoru Orlando von Einsiedel, rejissoru isə Coanna Nataseqara olacaq.

Xatırladaq ki, Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin səlahiyyətlərindən hələ ötən il imtina edib. Onlar bildiriblər ki, işləmək və xeyriyyəçiliklə məşğul olmaq istəyirlər.

İnci 
Sfera.az



 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...