İngiltərə məhkəməsi Eldar Mahmudovun ailəsinin iddiasını rədd etdi – DETALLAR

İngiltərə məhkəməsi Eldar Mahmudovun ailəsinin iddiasını rədd etdi – DETALLAR
İngiltərə və Uelsin Ali Məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun övladlarının İspaniyanın beş nəşrinə qarşı qaldırdığı böhtan iddiasını rədd edib.

Sfera.az-ın məlumatına görə, Bizim.Media İspaniyanın "El Periodico” nəşrinə istinadən xəbər verir ki, Eldar Mahmudovun övladları Anar və Nərgiz "Prensa Iberica” media qrupuna məxsus nəşrlərdə 2020-ci ilin may ayında dərc olunmuş məqalədən məhkəməyə şikayət veriblər.

Həmin məqalələrdə keçmiş MTN rəhbərinin biznes imperiyası və ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburq və Litvada olan daşınmaz əmlaklarından bəhs edilirdi.

Maraqlıdır ki, İspan mediasına qarşı iddia Britaniya məhkəməsində qaldırılıb, çünki iddiaçıların fikrincə, Pireney adalarında dərc olunan məqalələr onların Böyük Britaniyadakı maraqlarına xələl gətirir.

Mənbə yazır ki, Anar və Nərgiz Mahmudovlarınn şikayəti informasiya azadlığını təhdid edən təhlükəli presedent yarada bilər. Çünki iddiaçılar aid olduqları yurisdiksiyadan kənar medianı məhkəməyə veriblər.

Yəni, onlar İspaniya ədalətinə deyil, Britaniya ədalətinə üz tutublar. Və bu, Prensa İberikanı xarici qanunvericilik çərçivəsində və İspaniya məhkəmələrindən qat-qat baha qiymətə müdafiə olunmağa məcbur edib.

Nəticədə, London məhkəməsi Mahmudovların məqalənin onların Böyük Britaniyadakı maraqlarına real ziyan vurduğunu sübut edə bilməyəcəyini nəzərə alaraq iddianı rədd etmək qərarına gəlib. Məhkəmə hesab edib ki, iddiaçılar "ağırlıq mərkəzinin" Birləşmiş Krallıqda olduğunu nümayiş etdirə bilmədilər, çünki onların öz sözləri ilə desək, İspaniyada əhəmiyyətli biznes maraqları var.

İspaniyada "El Periodico”dan əlavə "Diario de Mallorca”, "Diario de Córdoba”, "Opinión de la Coruña” və "Regió7” nəşrlərində də Mahmudovların vəziyyəti haqqında məqalə dərc olunub. Onların barəsində də şikayət ərizəsi verilib.

Eyni zamanda İngiltərənin "The Observer” nəşri və "Prensa Iberica” qəzetləri ilə birlikdə Kayman Milli Bankından sızan sənədlərdən istifadə edərək material üzərində araşdırma aparan "Finance Uncovered” və "Organized Crime” and "Corruption Reporting Project” kimi təşkilatların adı da iddiada qeyd olunub.

Qeyd edək ki, şikayətə səbəb olan ötənilki məqalədə, Mahmudovlar ailəsinin dəyəri 100 milyon avronu keçən imperiyasından bəhs edilirdi.

Anar və Nərgiz yalnız İspaniyanın Mayorka şəhərində 33 milyon avrodan çox dəyəri olan aktivlər əldə ediblər. Onların, Mayorkada binalara, şirkətlərə, otellərə, mağazalara və mənzillərə sahib olduqları bildirilir.
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...