İnflyasiyanın yüksəlməsində qeyri-ərzaq məhsullarının rolu artıb

İnflyasiyanın yüksəlməsində qeyri-ərzaq məhsullarının rolu artıb
Bu il inflyasiya səviyyəsi əvvəlki illərə nisbətən yüksək olsa da qiymət artımlarının hədəflənən diapozonda qalacağı ehtimal edilir.
 
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ildə illik inflyasiya tempi 2-6 faiz diapozonunda proqnozlaşdırılır. Rəsmi statistikaya görə mayda illik bahalaşma 4,9% təşkil edib.

Bu il inflyasiyanın başlıca mənbəyi ərzaq qiymətlərindəki artım olub. İllik ərzaq inflyasiyası 5,2%-ə yüksəlib. Amma son illərdə ilk dəfə olaraq qeyri-ərzq və pullu xidmətlərin də dəyərində artımın güclənməsi müşahidə olunur. İllik əsasda mayda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4,4%, xidmətlər üzrə 4,8% yüksəlib. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artıb.

Qiymət artımlarına inflyasiya gözləntiləridə də öz təsirini göstərir. Real sektor üzrə monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşıb. İnflyasiya gözləntiləri mayda əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalıb, tikinti sektorunda isə artıb.

İyunda yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaq.
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR