Çində universitetdə partlayış baş verdi, ölənlər və yaralananlar var

16:31 / 24.10.2021
1506
Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib.
Sfera.az xəbər verir ki, bu barədə "Sina" informasiya mənbəyi məlumat yayıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.
Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.