\"İlk görüşdə aşiq olduq\" - Cazibədar aktrisadan etiraflar

\
Türkiyəli aktrisa Pınar Deniz eşq həyatı ilə bağlı detalları açıqlayıb.
 
Sfera.az bildirir ki, "Aşkın Kıyameti” filmindəki tərəf müqabili Yiğit Kirazcı ilə bir müddətdir münasibətə başlayan aktrisa bu barədə "Elle” jurnalına danışıb. "İlk dəfə tanışlıq görüşündə qarşılaşdıq. Həmin an sadəcə işə fokuslanmışdım. Film bitsə də, gördük ki, ayrıla bilmirik. Sonrası da bildiyiniz kimi”, - deyə bildirən Pınar dostluğun sevgiyə çevrildiyini söyləyib.

O, həmçinin tərəf müqabili ilə anlaşa bildiklərini, lakin bəzən mübahisələrin də olduğunu etiraf edib: "Bir fikirlə bağlı saatlarla danışa bilməyimizi sevirəm. İndiyə qədər olan bütün münasibətlərim sevgi üzərində qurulub. Həqiqətən sevdiyim insanın hər mənada yaxşılığını düşünürəm. Münasibətin davam etməsi üçün ən vacib amillərdən biri səbrdir. Əgər kökündə sevgi varsa, əmək verməlisən. "Mən beləyəm” demək, yəqin ki, bir mübasibətdə qurulan ən pis cümlədir. Hər an, hər saniyə dəyişirsən, niyə sevdiyin insanlar ortaq məxrəcə gəlməyəsən?”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...