İlk dəfə! Dünyadakı heç bir telefonda olmayan xüsusiyyətə malik telefon icad olundu! - FOTO

İlk dəfə! Dünyadakı heç bir telefonda olmayan xüsusiyyətə malik telefon icad olundu! - FOTO
Adını daha çox dayanıqlı iş maşınlarında eşitdiyimiz Caterpillar, yəni bilinən adıyla CAT markası təəccübləndirməyə davam edir.
Sfera.az bildirir ki, ağıllı telefon bazarında hər gün yeni bir dəyişmənin yaşandığı indiki vaxtda, CAT firması da daha əvvəl çıxardığı S40 və S50 model ağıllı telefonlarıyla 'məndə varam' demişdi. Ancaq firma bu dəfə texnologiya nəhənglərinin belə ağlına gəlməyən bir proyektə imza atdı. Və dünyanın ilk istilik kamerasını daxilində tutan S60 ilə texnologiya bazarında daha güclü olmağa çalışdığını göstərdi.

CAT S60 telefonunu XÜSUSİYYƏTLƏRİ

Telefonun digər xüsusiyyətlərinə gəlincə, istifadəçisini doyuracaq xüsusiyyətlərə sahib olduğu deyilə bilər. Təxminən 4,7 düym böyüklüyündə, Snapdragon 617 prosessor, 32 gb yaddaşı olan və 3 gb RAM ilə bazardakı yerini alan telefon Android 6.0 Marsmallow ilə çalışır. Istilik kameralarda olduğu kimi istilik dərəcələrini rəngləndirərək istifadəçilərə təklif olunan telefon, xüsusilə ov marağı olanlar üçün hər cür görüş şəraitində böyük asanlıq təmin edəcəyinə bənzəyir.
 
 
 
NƏ ZAMAN bazara çıxacaq?

22-28 Fevral tarixləri arasında Barselona'daki Dünya Mobil Konqresində təqdimatı ediləcək olan CAT S60'ın may ayının sonunda Amerikada 599 dollar, Avropada isə 649 avro kimi bir rəqəmlə satışa təqdim edilməsi gözlənilir.


OXŞAR XƏBƏRLƏR